Yuxarı

Şöbə müdiri: ​Matəm günü reklam yayan televiziyalar haqda arayış tərtib olunub

MTRŞ: Reklam yayımı daha çox Xəzər televiziyasında müşahidə edilib

Bakı. 7 dekabr. REPORT.AZ/ "Dekabrın 6-da Azərbaycanda matəm günü elan olunmasına baxmayaraq, ölkənin bəzi televiziya kanalları efirdə reklam yayınlayıb".

Milli Televiziya və Radio Şurasından (MTRŞ) "Report"a verilən məlumata görə, reklam yayımlanması halı ANS, "Space" və "Xəzər" televiziyalarında müşahidə olunub.

Qurumdan bildirilib ki, reklam yayımı daha çox "Xəzər" televiziyasında müşahidə edilib. MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, məsələ ilə bağlı arayış tərtib olunub və rəhbərliyə təqdim olunub.

Qeyd edək ki, "Reklam haqqında" qanunun 20.8-ci maddəsinə görə, ölkədə elan olunmuş matəm günlərində teleradio verilişlərində reklam yayımlanması qadağandır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi