Yuxarı
    Bağlamaq

    “Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub

    Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri sərəncam imzalayıb

    Bakı. 17 aprel. REPORT.AZ/ “Şərq qapısı” qəzetinin baş redaktoru dəyişdirilib.

    "Report"un xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

    Sərəncamla Mehriban Paşa qızı Sultanova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin edilib.

    M.Sultanova bundan öncə Naxçıvan Dövlət Universitetininin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

    Xatırladaq ki, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Qabil oğlu Səfərov idi.

    Qeyd edək ki, “Şərq qapısı” qəzetinin təsisçiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi