"Report"un "Media Məktəbi"nin növbəti buraxılışı olub

"Report"un "Media Məktəbi"nin növbəti buraxılışı olub Bakı. 31 oktyabr. REPORT.AZ/ Report İnformasiya Agentliyinin Media Məktəbində hazırlıq keçən gənc jurnalistlərin ikinci buraxılışı olub.
Media
31 Oktyabr , 2018 13:07
Reportun Media Məktəbinin növbəti buraxılışı olub
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin "Media Məktəbi"ndə hazırlıq keçən gənc jurnalistlərin ikinci buraxılışı olub.

"Media Məktəbi"nə sənəd vermiş namizədlər arasından seçilən 8 gənc 2018-ci ilin sentyabr-oktyabr aylarında xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayıb, jurnalistika peşəsinin sirlərinə yiyələniblər.

Sonda məzunlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, "Media Məktəbi"nin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaqdır. Məktəbdə tədrisin ən yeni üsulları tətbiq edilib, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsinə önəm verilib, bu istiqamətində addımlar atılıb. 

Xatırladaq ki, "Report" İnformasiya Agentliyinin "Media Məktəbi" 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Altı gənc 2018-ci ilin iyun-iyul aylarında jurnalistika üzrə təlim keçiblər. 

Son xəbərlər

Orphus sistemi