Report Media Məktəbinin yeni təlim proqramına start verilib

Report Media Məktəbinin yeni təlim proqramına start verilib Report İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin növbəti qrupu üçün təlim proqramına start verilib.
Media
2 Dekabr , 2019 16:18
Report Media Məktəbinin yeni təlim proqramına start verilib

"Report" İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin növbəti qrupu üçün təlim proqramına start verilib.

Müraciət etmiş 6 nəfər gənc agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək.

Report Media Məktəbinin koordinatoru İsmayıl Rafiqoğlu proqramın iştirakçıları ilə görüşdə bildirib ki, media məktəbinin məqsədi jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir.

Tədris dövründə aparıcı media mütəxəssislərinin gənc jurnalistlərlə görüşlərinin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Report Media Məktəbi 2018-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Bu müddətdə bir neçə buraxılış olub, media məktəbini uğurla bitirən məzunlara sertifikat təqdim edilib. 

Son xəbərlər

Orphus sistemi