Yuxarı

“Real” TV-nin bir yaşı tamam olur

Bu gün “Real” TV-nin yaranma günüdür.

“Report”un xəbərinə görə, televiziyanın fəaliyyətə başlamasından bir il ötür.

Ötən bir ildə “Real” TV xəbər kanalı olaraq uğurlu fəaliyyət göstərib, eksklüziv xəbər və müsahibələr yayımlayıb.

“Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500-dir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2018-ci il martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

“Report”un kollektivi “Real” TV-də çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi