“Qafqazinfo”nun 9 yaşı tamam olur

“Qafqazinfo”nun 9 yaşı tamam olur Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının ildönümüdür.
Media
16 Avqust , 2019 11:44
“Qafqazinfo”nun 9 yaşı tamam olur

Bu gün “Qafqazinfo” Xəbər Portalının fəaliyyətə başlamasının ildönümüdür.

“Report”un xəbərinə görə, portalın 9 yaşı tamam olur.

16 avqust 2010-cu ildə işə başlayan sayt inkişaf edərək sıralarını genişləndirib. Həmin vaxt bir neçə nəfərlə çalışan “Qafqazinfo”nun hazırda 22 rəsmi əməkdaşı var. Bundan başqa, Bakıətrafı xəbərləri daha dəqiq çatdırmaq məqsədi ilə bölgə müxbirləri də işə cəlb olunub.

Sutkalıq rejimdə, 24 saat ərzində yenilənən xəbər portalı üçnövbəli sistemlə işləyir.

Gün ərzində sayta 100-dən çox xəbər qoyulur ki, bunlar müxtəlif sahələri əhatə edir.

“Report” İnformasiya Agentliyinin kollektivi “Qafqazinfo”da çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

Son xəbərlər

Orphus sistemi