Pakistan KİV-nin rəhbərləri “Report”da olublar

Pakistan KİV-nin rəhbərləri “Report”da olublar Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Bakıya gələn Pakistanın bir sıra nüfuzlu KİV rəhbərləri “Report” İnformasiya Agentliyinin redaksiyasında olublar.
Media
6 Fevral , 2020 15:20
Pakistan KİV-nin rəhbərləri “Report”da olublar
Report / Sultana Ahmadbayli

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Bakıya gələn Pakistanın bir sıra nüfuzlu KİV rəhbərləri “Report” İnformasiya Agentliyinin redaksiyasında olublar.

“Report” xəbər verir ki, “Diplomatic News Agency” xəbərlər agentliyinin, “Express” media qrupunun, “National Herald Tribune”, “Pakistan Observer”, “Morning Mail” qəzetlərinin, “24News”, “HUM News” telekanallarının, “Pakistan in the World” jurnalının baş redaktorları və nümayəndələri “Report”un fəaliyyəti ilə tanış olublar.

Əvvəlcə “Report”un baş redaktoru Murad Əliyev qonaqları agentliyin iş prinsipi və əməkdaşları ilə tanış edib, onların Azərbaycanda medianın fəaliyyəti və fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin işıqlandırılması ilə bağlı suallarını cavablandırıb.

Baş redaktor “Report” əməkdaşlarının hər seçkilərdə istər Bakıda, istərsə də başqa şəhər və rayonlarda seçki kampaniyasını və səsvermə prosesini ətraflı işıqlandırdıqlarını qeyd edib.

Pakistanlı həmkarlarımız da bu sahədə ölkələrinin təcrübəsini çatdırıblar. Həmçinin iki ölkənin KİV-i arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi