MTRŞ televiziyalarda yeni monitorinqə başlayıb

MTRŞ televiziyalarda yeni monitorinqə başlayıb Qurum dərman vasitələrinin reklamı zamanı qanunlara əməl olunub-olunmamasını araşdırır
Media
27 Yanvar , 2016 16:38
MTRŞ televiziyalarda yeni monitorinqə başlayıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziyalarda dərman vasitələrinin reklamının monitorinqini aparır.

Bunu "Report"a açıqlamasında Şuranın şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, reklamı yayımlayacaq olan televiziya kanalları reklamı verən qurumdan, onun istehsalçısından və təqdim edən şəxsdən reklam olunacaq dərmanın istehsalına və satışına icazə verildiyini əks etdirən və həmin dərmanın reseptsiz verilməsini təsdiq edən sənədi tələb edə bilər: "Telekanallar hər hansı bir dərman vasitəsini reklam edərkən həmin dərmanın istehsalına və satışına müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməsi və dərmanın reseptsiz verilməsini təsdiq edən sənədi tələb edə bilərlər. "Reklam haqqında" qanunun 4-cü madddəsində göstərilir ki, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir".

T.Dadaşov "Sinir otu" dərmanının telekanallarda yayımlanan reklamına da münasibət bildirib. O qeyd edib ki, "Sinir otu" dərman vasitəsinin reklamı ilə bağlı hansısa qərarın verilməsi Səhiyyə Nazirliyinin MTRŞ-ya məlumat göndərməsindən sonra mümkündür.

Son xəbərlər

Orphus sistemi