Yuxarı

MTRŞ: Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır

TV proqramlarının anoloq yayımı ilin sonunda dayandırılacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanda teleradio yayımçıları rəqəmli yayıma keçidə tam hazırdır.

Bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın reallaşdırılması üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikasında yerüstü yayımlanan TV proqramlarının analoq yayımı bu ilin sonunadək dayandırılacaq və bununla da rəqəmli yayıma keçid tam başa çatdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi