Yuxarı
    Bağlamaq

    ​MTRŞ nümayəndəsi: "Səbail Rayon Məhkəməsinin qərarlarından şikayət etmək hüququmuz var"

    Hələ ki, qərarlar tam həcmdə MTRŞ-ya təqdim olunmayıb

    Bakı. 17 fevral.REPORT.AZ/ "Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən ANS ÇM radiosunda baş verən qanun pozuntuları ilə bağlı 23 oktyabr 2015-ci ildə qəbul edilmiş 26 qərar, habelə ANS televiziyasının verilişlərində sponsor reklamı ilə bağlı baş vermiş qanun pozuntuları ilə bağlı 14 qərarın hər biri məhkəmələr tərəfindən yenidən baxılmaq üçün MTRŞ-ya qaytarılıb".

    Bunu "Report"a açıqlamasında MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadə deyib.

    Onun sözlərinə görə, Səbail Rayon Məhkəməsi inzibati xəta ilə bağlı işlərə Şura tərəfindən yenidən baxılması ilə bağlı qərar çıxarsa da, hələ ki, həmin qərarlar tam həcmdə MTRŞ-ya rəsmi təqdim olunmayıb: "Qərarlar bizə rəsmi daxil olduqdan sonra onlara dair, yuxarı məhkəməyə şikayət verilib-verilməməsi məsələsinə baxıla bilər. MTRŞ-nın Səbail Rayon Məhkəməsinin qərarlarından şikayət vermək hüququ var".

    T.Mirzəzadə onu da bildirib ki, bir müddət əvvəl MTRŞ sədri Səbail Rayon Məhkəməsindən Şuraya qaytarılan qərarlara baxıb və qanunvericiliklə müəyyən olunmuş cərimə tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarlar qəbul olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi