MTRŞ-da özəl ümumölkə teleradio yayımçılarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib

MTRŞ-da özəl ümumölkə teleradio yayımçılarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib Bakı. 19 yanvar. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasında özəl ümumölkə teleradio yayımçılarının ( “Azad Azərbaycan” televiziyası, “Lider” televiziyası, “Xəzər” televiziyası, “Space” televiziyası, ARB televiziyası ) rəhbərlərinin iştirakı ilə özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı görüş keçirilib.
Media
19 Yanvar , 2018 16:58
MTRŞ-da özəl ümumölkə teleradio yayımçılarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasında özəl ümumölkə teleradio yayımçılarının ( “Azad Azərbaycan” televiziyası, “Lider” televiziyası, “Xəzər” televiziyası, “Space” televiziyası, ARB televiziyası ) rəhbərlərinin iştirakı ilə özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Prezidentinin 18 yanvar 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı görüş keçirilib.

Bu barədə "Report"a Şuradan məlumat verilib. 

Görüşdə Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılması ölkə Prezidentinin teleradio yayımçılarına olan diqqət və qayğısının göstəricisi olduğu xüsusi vurğulanıb və bu vəsaitin özəl ümumölkə teleradio yayımçıları arasında bərabər şəkildə bölünməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi