Yuxarı
    Bağlamaq

    MTRŞ: Aygün Kazımovanın iştirakı ilə efirə gedən verilişdə qanun pozuntusu yoxdur

    Aygün Kazımovanın hansı sözü demək istədiyini ancaq özü bilir

    Bakı. 9 mart. REPORT.AZ/ "Xəzər" televiziyasında yayımlanan və xalq artisti Aygün Kazımovanın da iştirak etdiyi "5\5" verilişində qanun pozuntusu yoxdur".

    Bunu "Report"a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

    T.Məmmədov bildirib ki, xalq artistinin həmin verilişdə səsləndirdiyi cümlənin hansı fikri ifadə etdiyini onun özündən başqa heç kim bilmədiyi üçün bu hal qanun pozuntusu kimi hesab oluna bilməz: "Aygün Kazımova verilişdə işlətdiyi fikirlərlə nə demək istədiyini ancaq özü bilir. Onun həmin fikirləri ilə nəyi ifadə etmək istədiyini bilmədiyimiz üçün bu hal MTRŞ tərəfindən qanun pozuntusu hesab edilə bilinməz. Yəni verilişdə qanun pozuntusu faktı müşahidə olunmur".

    Qeyd edək ki, verilişdə A.Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunun oxşarı Elman Məmmədov da iştirak edib. A.Kazımov E.Məmmədovun Namiq Qaraçuxurluya çox oxşadığını deyib: "Gedək indi o biri otaqda deyim, tam oxşayırsan, yoxsa yox". Xalq artistinin işlətdiyi sonuncu cümlə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi