​MTRŞ ATV-də yayımlanan filmdə açıq-saçıq səhnələrin yer almasına münasibət bildirib

​MTRŞ ATV-də yayımlanan filmdə açıq-saçıq səhnələrin yer almasına münasibət bildirib "Xüsusi qaydalara görə bu cür səhnələr saat 23:00-dan sonra efirə verilə bilər"
Media
14 Mart , 2016 13:52
​MTRŞ ATV-də yayımlanan filmdə açıq-saçıq səhnələrin yer almasına münasibət bildirib

Bakı. 14 mart. REPORT.AZ/ ""Azad Azərbaycan" (ATV) televiziyasında yayımlanan "Gecə qonağı" filminə monitorinq qrupumuz tərəfindən baxılıb və yer alan müəyyən səhnələr qanun pozuntusu kimi qəbul edilməyib".

Bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O qeyd edib ki, göstərilmə vaxtı məhdudlaşdırılan proqram və səhnələrlə bağlı xüsusi qaydalara görə qeyd olunan qəbildən olan filmlərin, ədəbsiz ifadələrin, erotik görüntülərin, jestlərin yer aldığı film və verilişlərin saat 23:00-dan səhər saat 7:00-dək yayımlanmasına icazə verilir: ""Gecə qonağı" filmi axşam 23:30-dan sonra yayımlandığı üçün orda müəyyən səhnələrin yer almasını qanun pozuntusu kimi qeyd etmək doğru deyil".

Son xəbərlər

Orphus sistemi