Yuxarı
    Bağlamaq

    ​Mir Şahin Ağayev ANS-in MTRŞ-nın müqaviləsini imzalamamasına aydınlıq gətirib

    “Hazırda fikirləşirik...”

    Bakı. 10 iyun. REPORT.AZ/ ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasının (MTRŞ) maliyyə yardımı göstərilməsi ilə bağlı təqdim etdiyi müqavilənin imzalanmamasına münasibət bildirib.

    Şirkətin baş direktoru Mir Şahin Ağayev "Report"a açıqlamasında müqavilənin imzalanaraq MTRŞ-ya təqdim olunacağını deyib: "Hazırda fikirləşirik... Çünki sənədlərimizlə bağlı suallar var. Milli Televiziya və Radio Şurası digər televiziya kanalları ilə müqayisədə ANS-in maliyyə sənədlərinə hər zaman həssas yanaşıb. Ona görə də hazırda sənədləri həssaslıqla hazırlayırıq. Sənədləri hazırlayandan sonra müqaviləni imzalayıb MTRŞ-ya təqdim edəcəyik".

    Qeyd edək ki, MTRŞ Azərbaycan Prezidentinin özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncamına əsasən 333 333 manat maliyyə vəsaitini özəl televiziyalardan beşinin hesabına köçürüb. 

    MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov "Report"a bildirib ki, indiyədək cəmi beş telekanal MTRŞ tərəfindən onlara göndərilən müqaviləni imzalayıb: "Müqaviləni imzalayan televiziya kanallarının - ATV, Xəzər TV, Space TV, Lider TV və Region TV-nin hər birinin hesabına vəsait köçürülüb.  ANS TV isə MTRŞ-nın göndərdiyi müqaviləni hələ ki, imzalamayıb."

    Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2016-cı il tarixli sərəncamına uyğun olaraq, özəl teleradio yayımçılarına 2 milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait 333 333 manat olmaqla ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər məbləğdə bölünüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi