Yuxarı
    Bağlamaq

    Milli Televiziya və Radio Şurasında ANS-lə bağlı toplantı keçiriləcək

    Tədbirdə ANS-in yol verdiyi qanun pozuntuları açıqlanacaq

    Bakı. 23 yanvar. REPORT.AZ/ Milli Televiziya və Radio Şurasında (MTRŞ) ANS televiziyası ilə bağlı tədbir keçiriləcək.

    "Report" xəbər verir ki, məlumatı MTRŞ yayıb.

    Qurumdan bildirilib ki, tədbirdə ANS-in yol verdiyi qanun pozuntuları açıqlanacaq, bu haqda geniş məlumat veriləcək.

    Qeyd edək ki, MTRŞ ANS-də yayımlanan və Mirşahin Ağayevin müəllifi olduğu "Hesabat" verilişinin efirə getməsini bir ay müddətinə dayandırıb. Veriliş fevralın 24-dək yayımlana bilməz.

    M.Ağayev buna cavab olaraq yanvarın 22-də mətbuat konfransı keçirib və MTRŞ-nı ANS-ə qərəzli yanaşmaqda ittiham edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi