Yuxarı

​"RUH" "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsinə start verib

Layihə çərçivəsində dəyirmi masaların keçirilməsi də planlaşdırılır

Bakı. 10 mart. REPORT.AZ/ "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsinə start verib.

"Report"un məlumatına görə, 2015-ci ilin mart-dekabr ayları ərzində gerçəkləşdiriləcək layihə əsasən jurnalist Milli Qəhrəmanların cəmiyyətə daha yaxından tanıdılması məramına söykənir. Bunun üçün kütləvi informasiya vasitələrində onların həyat yolundan bəhs edən bədii-publisistik materialların dərci nəzərdə tutulur.

Layihə çərçivəsində həmçinin "Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr" mövzusunda dəyirmi masaların keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, “RUH” AJMK-nın eyni mövzuda ötən il reallaşdırdığı layihə çərçivəsində indiyədək Milli Qəhrəmanlar Şirin Mirzəyev, Vəzir Orucov, Məzahir Rüstəmov, Kazım Məmmədov, Əliyar Əliyev və Mikayıl Cəbrayılovun döyüş yolundan bəhs edən materiallar dərc edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi