Mətbuat Şurası yeni layihəyə start verib

Mətbuat Şurası yeni layihəyə start verib ​“Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa”lar keçiriləcək
Media
28 İyul , 2015 11:26
Mətbuat Şurası yeni layihəyə start verib

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası (MŞ) “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsinə start verib. Bu barədə “Report”a MŞ-dan bildirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdiriləcək layihənin məqsədi mətbuatda ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının effektivliyini artırmaqdan, bununla əlaqədar neqativ cəhətlərin aradan qaldırılmasında ictimai aktivliyin təminatından ibarətdir.

Layihə çərçivəsində Lənkəranda və Qubada, həmçinin paytaxt Bakıda “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa”ların təşkili planlaşdırılır.

“Dəyirmi masa”lar və konfransda kütləvi informasiya vasitələrinin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dilçi alimlərin iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi