​Mətbuat Şurası Vergilər Nazirliyi ilə birgə müsabiqə elan edib

​Mətbuat Şurası Vergilər Nazirliyi ilə birgə müsabiqə elan edib Qaliblərin adları Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq
Media
25 May , 2016 11:29
​Mətbuat Şurası Vergilər Nazirliyi ilə birgə müsabiqə elan edib

Bakı. 25 may. REPORT.AZ/ Mətbuat Şurası və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsi elan edib.

Şuradan "Report"a verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycanın müasir vergi sistemi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında vətəndaş və jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqəyə təqdim olunacaq yazıların mövzu istiqamətləri aşağıdakı formada olmalıdr:

1. Yeni iqtisadi inkişaf modelinin formalaşmasında vergi siyasətinin rolu;

2. Vergi təbliğatı: dövlət tərəfindən müəyyən edilmiş vergiləri ödəmək hər kəsin konstitusiya borcudur;

3. Dövlət və vergilər: Dövlət büdcəsinə ödənilən vergilər nəyə xərclənir?;

4. Vergidən yayınma nə ilə nəticələnə bilər və bu hansı məsuliyyət yaradır?;

5. Vergi sisteminin və sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması;

6. Vergi ödəyicilərinə xidmətlər biznesin idarəedilməsinin asanlaşdırılması vasitəsi kimi;

7. Elektron vergi xidmətlərinin tətbiqi innovativ islahatların “açarı” kimi;

8. Nağdsız ödənişlərin stimullaşdırılmasının vergi daxilolmalarının artmasına təsiri.

Müsabiqədə I yer üçün 1000 (1 mükafat), II yer üçün 800 (2 mükafat), III yer üçün 500 manat (2 mükafat) nəzərdə tutulub. Həvəsləndirici mükafatlar isə 200 manat (5 mükafat) olacaq.

Müsabiqəyə təqdim olunmuş yazılarda materialların mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsinə, aktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə üstünlük veriləcək.

Müsabiqəyə 2016-cı ilin may ayının 25-dən iyul ayının 15-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Qaliblərin adları iyul ayında Milli Mətbuat Günü ərəfəsində açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi