Yuxarı

Mətbuat Şurası Milli Şuranın mitinqi ilə bağlı məlumat yayıb

Aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanın Mətbuat Şurası Milli Şuranın sentyabrın 11-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Şuradan "Report"a verilən məlumata görə, aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb.

Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvlərinə bununla bağlı hər hansı müraciət edilməyib.

Şuranın monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Onlar bununla bağlı müvafiq tövsiyələrini veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi