Yuxarı

Mətbuat Şurası Azay Quliyevlə bağlı böhtan yazan sayta xəbərdarlıq edib

Hər iki sayt təkzib xarakterli məlumat dərc edib və şura sədrindən üzr istəyiblər

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri haqqında böhtan yazan sayta sərt xəbərdarlıq edilib.

Bu barədə “Report”a şuranın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 29-da Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev haqqında xeber.info saytında böhtan və şantaj xarakterli yazı dərc edilib.

Şura qeyd olunan qanunazidd əməllərin araşdırılması, jurnalistikanın etik prinsiplərinə məhəl qoymayan, dövlət orqanının işgüzar nüfuzuna kölgə salmağa çalışan yuxarıda adı çəkilən saytlar haqqında müvafiq tədbir görülməsi üçün Mətbuat Şurasına müraciət edib.

Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyasının fevralın 5-də keçirilənl iclasında xeber.info və arqument.az saytlarında verilən sözügedən yazılarda “Kütləvi informasiya vasitələri haqqında” qanunun və “Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın pozuntusu hallarına yol verildiyi qeyd olunub. İclasda iştirak edən hər iki KİV rəhbəri şuranın etiraz müraciəti ilə razılaşdıqlarını və MŞ-nın çıxaracağı qərarın icrasına hazır olduqlarını vurğulayıblar.

Mətbuat Şurasının Şikayətlər üzrə Koomissiyası hər iki sayta xəbərdarlıq elan etməklə, şikayətin predmeti olan materialın saytdan götürülməsi, təkzib verilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdən üzr istənilməsi haqqında rəy verib.

Bu gün xeber.info və arqument.az saytları sözügedən yazı ilə bağlı təkzib xarakterli məlumat dərc edib və şura sədri Azay Quliyevdən üzr istəyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi