Yuxarı
    Bağlamaq

    Mərakeşin Azərbaycandakı səfiri "Report" İnformasiya Agentliyində olub

    Həsən Hami Agentliyə uğurlar arzulayıb

    Bakı. 4 noyabr. REPORT.AZ/ Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami "Report" İnformasiya Agentliyində (İA) olub. Səfir əvvəlcə agentliyin fəaliyyəti və burada yaradılmış şəraitlə tanış olub.

    Ardından səfirlə Agentliyin baş redaktoru Murad Əliyev və xarici siyasət şöbəsinin əməkdaşları arasında görüş keçirilib. Görüş zamanı M.Əliyev Agentliyin ölkədəki beynəlxalq diplomatik missiyalar ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. O, həmçinin Agentliyin Mərakeş səfirliyi ilə əməkdaşlıq etməyə, ikitərəfli münasibətlərlə bağlı məqalələr dərc etməyə hazır olduğunu bildirib.

    H.Hami isə öz növbəsində Azərbaycanda özünü evdəki kimi hiss etdiyini və bu ölkədə işləməkdən məmnunluğunu bildirib. İkitərəfli əlaqələrdən danışarkən səfir həm iki ölkə, həm də ölkələrin dövlət başçıları arasında yaxşı münasibətlərin olduğunu qeyd edib. Səfir xatırladıb ki, 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının məhz Mərakeşdə keçirilən iclasında Mərakeş və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə ilk dəfə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul edilib.

    Səfir eyni zamanda ölkələr arasındakı bənzərliklərdən danışaraq Azərbaycanda turizmin inkişafı ilə bağlı fikirlərini bölüşüb. O, həmçinin Şimali Afrika regionunda baş verən geosiyasi proseslərdən danışıb.

    Görüşün sonunda H.Hami "Report" Agentliyinə uğurlar arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi