Yuxarı

​Mehriban Əliyeva: "Hər bir mətbuat qurumu obyektiv və qərəzsiz olmalıdır"

Azad, peşəkar mətbuat olmadan əsl demokratik dövlətin qurulması mümkün deyil

Bakı. 2 март. REPORT.AZ/ "Azad, peşəkar mətbuat olmadan əsl demokratik dövlətin qurulması mümkün deyil".

"Report" xəbər verir ki, bunu Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun təsis etdiyi “2015-ilin adamı” mükafatının təqdimat mərasimində çıxışı zamanı bildirib.

"Son illər, müstəqillik illərində digər sahələrdə olduğu kimi, jurnalistikada da böyük dəyişikliklər baş verib. Azad, peşəkar mətbuat olmadan əsl demokratik dövlətin qurulması mümkün deyil. Söz və mətbuat azadlığı, ən kəskin məsələlərə dair diskussiyalar, cəmiyyəti narahat edən problemlərin obyektiv işıqlandırılması - bütün bu sahələrdə medianın rolu əvəzsizdir. Hər bir mətbuat qurumu ilk növbədə obyektiv və qərəzsiz olmalıdır, xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalıdır və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir", - deyə birinci xanım qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi