Yuxarı
    Bağlamaq

    ​Məhkəmə ANS-in MTRŞ-ya qarşı daha səkkiz şikayətini təmin etməyib

    Qərarlar dəyişdirilmədən saxlanılıb

    Bakı. 18 mart. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı daha səkkiz inzibati iddiasına baxılıb.

    "Report"un məlumatına görə, ayrı-ayrı hakimlərin sədrliyi ilə keçirilən proseslərdə qərarlar elan edilib.

    Qərarlara əsasən, ANS-in apellyasiya şikayətləri yenə təmin edilməyib. Qərarlar dəyişdirilmədən saxlanılıb.

    Beləliklə, bu həftə ANS-in MTRŞ-ya qarşı 15 iddiasına baxılıb.

    Qeyd edək ki, MTRŞ 23 dekabr 2015-ci il tarixində inzibati tənbeh vermə haqqında qərarlar çıxarıb. Həmin qərarlardan ANS Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin qərarları ləğv edərək, inzibati xəta haqqında işə yenidən baxılması üçün Milli Televiziya və Radio Şurasına göndərib. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti həmin məhkəmə qərarlarından apellyasiya şikayəti verib.

    Xatırladaq ki, daha əvvəl də Bakı Apellyasiya Məhkəməsində ANS-in MTRŞ-nın 23 dekabr 2015-ci il tarixində inzibati tənbeh vermə haqqında yeddi qərarından verilmiş apellyasiya şikayətlərinə baxılıb. Məhkəmə ANS-in apellyasiya şikayətlərini təmin etməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi