Lent.az-ın 10 yaşı münasibətilə tədbir keçirilib

Lent.az-ın 10 yaşı münasibətilə tədbir keçirilib Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Lent.az saytının 10 illiyi münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “100 ilin əmanəti” adlı kitabın təqdimatı ilə bağlı tədbir keçirilib.
Media
27 İyun , 2018 21:16
Lent.az-ın 10 yaşı münasibətilə tədbir keçirilib
Report/Elçin Murad

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Lent.az saytının 10 illiyi münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “100 ilin əmanəti” adlı kitabın təqdimatı ilə bağlı tədbir keçirilib. 

"Report"un məlumatına görə, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı bildirib ki, ilk əvvəl saytın davamlı fəaliyyət göstərməsi ilə bağlı şübhələr var idi: “Ancaq zaman keçdikcə özünü doğrultdu. Sayt fəaliyyətə nisbətən yüngül mövzularla başlamışdı. O zaman xəbər saytlarının yaya bilmədiyi və ya yaymaq istəmədiyi mövzuları yayımladı. Bu gün isə saytın ən çox oxunan yazıları Dağlıq Qarabağ mövzusudur". Onun sözlərinə görə, "Cümhuriyyət"imiz layihəsində Mehriban Ələkbərzadə, Sabir Rüstəmxanlı kimi dəyərli qələm adamlarının yazıları yayımlanıb: "Kitabın çap olunması layihənin başa çatması demək deyil, bu layihə davamlı olacaq”.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, Lent.az Qarabağ problemini daim ön planda saxlayan saytlardan biridir: “Bu gün ölkəmizin istənilən saytlarının redaksiyalarında onun keçmiş əməkdaşları fəaliyyət göstərir”.

Lent.az-ın baş redaktoru Qabil Abbasoğlu vurğulayıb ki, saytın hər zaman əsas meyarı Azərbaycan dövlətinin maraqları olub: "Tarixi b­ütövlük mövzusu bizim üçün həmi­şə ön sırada qərar tu­tub. Bu mövzular heç bir təmənna güdm­ədiyimiz, borc hesab ­etdiyimiz məsələlərdir. Hazırda çətinliklərin böyük bir qismi arxada qalıb. İlk olaraq 8 işçi ilə işə başlamışdıq, hazırda daha böyük kollektivlə işləyirik. Prinsip və qayda yenə eynidir: yaxşı işləmək, oxucunu razı salmaq".

Qeyd edək ki, “100 ilin əmanəti” kitabında “Cümhuriyyətimiz” layihəsi çərçivəsində Lent.az saytında dərc olunmuş yazılar yer alıb.

Son xəbərlər

Orphus sistemi