Yuxarı

Koreya Respublikasında Dünya Jurnalistləri Konfransı keçirilib

Konfransdan sonra Busan şəhərinin meri Sah Byonq-suu tədbir iştirakçılarını nahara dəvət edib

Bakı. 28 aprel. REPORT.AZ/ Koreya Respublikasında Dünya Jurnalistləri Konfransı keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, “Milli Dirçəlişin 70-ci ildönümü: Koreya yarımadasının birləşməsi barədə düşüncə” mövzusuna həsr olunmuş konfransa 60 ölkədən 100-ə yaxın jurnalist qatılıb.

Tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov təmsil edib.

Konfransın rəsmi açılış mərasimində Koreya Jurnalistləri Assosiasiyasının (KJA) prezidenti Park Çonq-Ryal iştirakçılara Assosiasiya barədə məlumat verib. O bildirib ki, bu təşkilat 200-ə yaxın media qurumunu təmsil edən peşəkar jurnalistləri ətrafında birləşdirir.

Beynəlxalq Jurnalistlər Federasiyasının prezidenti Cim Bumelya isə jurnalistlərin təhlükəsizliyinin təmin edilməsinin və onların qərəzsiz, düzgün xəbərlər yaymalarının vacibliyini vurğulayıb.

Tədbir “Şimali Asiyada regional nizamın dəyişilməsi və Koreya yarımadasının gələcəyi” mövzusunda sessiya ilə davam etdirilib.

Konfransdan sonra Busan şəhərinin meri Sah Byonq-suu tədbir iştirakçılarını nahara dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi