KİVDF Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırıb

KİVDF Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırıb Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da iştirak edib
Media
17 Mart , 2016 15:39
KİVDF Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərini mükafatlandırıb

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə yanaşı, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, belə tədbirlər ənənəvi olaraq keçirilir, bunun özü də mətbuata dəstəkdir: “Fond bir çox layihələr həyata keçirir, çap mediasına birdəfəlik yardım verir, müsabiqələr təşkil edir. 2015-ci ildə 11 belə müsabiqə keçirilib. Bundan sonra da müsabiqələr davam etdiriləcək. Hər bir jurnalist müsabiqələrdə fəal olmalıdır”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, artıq neçənci dəfədir belə tədbirlər keçirilir: “Bu müsabiqələrdə yüzlərlə jurnalist iştirak edir, qalib olur”.

Ə.Həsənov Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq 15 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə, 90 nəfər jurnalist mükafatlandırılıb. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə I yerin qaliblərinə 500 manat, II yerin qaliblərinə 400 manat, III yerin qaliblərinə isə 300 manat mükafat verilib.

Son xəbərlər

Orphus sistemi