Yuxarı
    Bağlamaq

    KİVDF fərdi jurnalist yazılarının qaliblərini açıqlayıb

    Qaliblər arasında “Report”un əməkdaşı da var

    Bakı. 25 dekabr. REPORT.AZ/ Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

    "Report"un məlumatına görə, mərasimdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə danışıb.

    O bildirib ki, 19 istiqamət üzrə 66 KİV-dən 153 yazı təqdim olunub. Hər istiqamət üzrə birinci (1 yer) yerin qalibi 500 manat, ikinci (2 yer) pillənin sahibləri hərəyə 400 manat, üçüncü (3 yer) pilləyə layiq görülənlər isə 300 manat mükafat əldə ediblər.

    Münsiflər heyətinin çıxışlarından sonra qaliblərin adları açıqlanıb. "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" istiqaməti üzrə birinci yeri "Report" agentliyinin əməkdaşı Elşən Məmmədov tutub. E.Məmmədovun "Futbol+" qəzetində işıq üzü görmüş "Qəbələ" Futbol Akademiyasının nailiyyətləri və problemləri" yazısı qalib elan olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi