Yuxarı
    Bağlamaq

    Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır

    Cərimənin miqdarının 500 manatdan 1000 manatadək artırılması təklif edilir

    Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cəzanın cəriməsi artırılır.

    "Report" xəbər verir ki, hazırda Cinayət Məcəlləsinə əsasən, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etməyə görə 100 manatdan 500 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Dəyişikliklə cərimənin miqdarının 500 manatdan 1000 manatadək artırılması təklif edilir.

    Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi