Yuxarı
    Bağlamaq

    ​İTV məhkəmədən vaxt istəyib

    Məhkəmənin növbəti prosesi dekabrın 9-na təyin edilib

    Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    "Report"un xəbərinə görə, hakim Elşanə Vəliyevanın sədrliyi ilə keçirilən iclasda İTV-nin nümayəndəsi məhkəmədən vaxt istəyib.

    Məhkəmənin növbəti prosesi dekabrın 9-na təyin edilib.

    Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün televiziya kanallarına dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb. Həmin il MTRŞ İTV-də yayımlanan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filminə 800 min manat vəsait ayırıb. Lakin televiziya filmi yarımçıq dayandırılıb. Bu il MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verərək həmin film üçün ayrılan vəsaitin 429 min manatının geri qaytarılması barədə tələb irəli sürüb. MTRŞ bu iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə MTRŞ-nın iddiasını təmin edib. Qərarla razılaşmayan şirkət isə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi