İTV 7 lot üzrə açıq tender elan edib

İTV 7 lot üzrə açıq tender elan edib Bakı. 22 dekabr. REPORT.AZ/ İctimai Televiziya və Radio Yayımları Şirkəti 7 lot üzrə açıq tender elan edib.
Media
22 Dekabr , 2017 13:41
İTV 7 lot üzrə açıq tender elan edib
Report

Bakı. 22 dekabr. REPORT.AZ/ İctimai Televiziya və Radio Yayımları Şirkəti 7 lot üzrə açıq tender elan edib.

“Report”un məlumatına görə, Yayım Şirkəti avtomobillərin ehtiyat hissələrinin və texniki xidmət göstərilməsi, kompüter avadanlıqlarının ehtiyat hissələri və illik texniki xidmət işlərinin, dəftərxana, təsərrüfat mallarının, kondisionerlərə və havalandırma sistemlərinə, generatorlara, illik texniki xidmət işlərinin, eləcə də 1 ədəd 80 KVA və 2ədəd 250 KVA kəsintisiz qida mənbəyinin illik servis xidmətlərinin satınalınmaları üzrə elan verib.

İştirak haqqı hər bir lot üçün 100 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16 yanvar 2018-ci il saat 11.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 yanvar 2018-ci il saat 11.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 241 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri 25 yanvar 2018-ci il saat 11.00-da Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 nömrəli ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi