Yuxarı

“İnterAz”ın prezidenti vəfat edib

Saleh Xudiyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib

Bakı. 3 may. REPORT. AZ/ “İnterAz” televiziya kanalının prezidenti, tanınmış jurnalist Saleh Xudiyev Bakıda vəfat edib.

Bu barədə “Report”a “İnterAz”dan bildirilib.

Saleh Xudiyev uzun sürən xəstəlikdən sonra 61 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Saleh Aydın oğlu Xudiyev 4 may 1955-ci ildə Ağdam rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Ali təhsil almaq üçün sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verib və oranı bitirdikdən sonra "Neft daşları"nda çalışıb. O, idarə rəisi vəzifəsinə qədər irəli çəkilib və 1986-1991-ci illər ərzində xaricə ezam olunub. Ezamiyyətdən qayıtdıqdan sonra ”Azmas” teleşirkətini yaradaraq baş direktor vəzifəsini icra edib.

Bir müddət sonra “Mir” televiziya şirkətinə dəvət alıb. Yeni modelli bir teleşirkət qurmaq arzusunda olduğundan “Sara” teleradio şirkətini yaradıb. Lakin bir müddət sonra bu şirkətdən uzaqlaşıb. 2000-ci ildə Moskvaya köçüb. 2001-ci ildən “İnterAz” televiziyasına rəhbərlik edib.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi