Yuxarı

İndoneziyanın Azərbaycandakı səfiri "Report" Agentliyində olub

Prayono Atiyanto İndoneziya mətbəxinin təqdimatını keçirib

Bakı. 11 noyabr. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto "Report" İnformasiya Agentliyində olub.

Səfir əvvəlcə onu Agentliyin fəaliyyəti ilə tanış edən baş redaktor Murad Əliyevlə görüşüb.

Öz növbəsində, səfir "Report"un qonağı olmaqdan məmnunluğunu dilə gətirib. O, İndoneziyanın Azərbaycandakı ilk səfiri olmasını qeyd edərək, Azərbaycan ilə İndoneziya arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. P.Atiyanto deyib ki, iki ölkə arasında diplomatik əlaqələrin əsası 23 il əvvəl qoyulub və uğurla inkişaf edir.

İndoneziyalı səfir Dağlıq Qarabağ münaqişəsi məsələsində İndoneziyanın Azərbaycanı dəstəklədiyini və ölkənin ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Ardından səfir İndoneziyanın diplomatik missiyasının digər üzvləri ilə birlikdə İndoneziya mətbəxinin təqdimatını keçirib. P.Atiyanto bayram günlərində və xüsusi günlərdə bişirilən tumpenq haqqında informasiya verib. Eyni zamanda, səfir İndoneziya mədəniyyəti, onun tarixi və rəngarəngliyi barədə məlumat verib. O, xatırladıb ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir.

Sonda səfir dəvət üçün M.Əliyevə təşəkkürünü bildirib və Agentliyin əməkdaşlarına uğurlar arzulayıb. P.Atiyanto, həmçinin əməkdaşlığa görə təşəkkür əlaməti olaraq səfirlik adından baş redaktora plaket təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi