"​Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi keçirilib

"​Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi keçirilib Kitaba milli qəhrəmanlarla bağlı 211 oçerk daxil edilib
Media
16 Dekabr , 2015 14:00
​Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimat mərasimi keçirilib

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası “Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları” kitabının təqdimatını keçirib.

“Report”un məlumatına görə, şura sədri, kitabın redaktoru, deputat Əflatun Amaşov deyib ki, bu kitab bəzi məziyyətlərinə görə bundan əvvəl çap olunan kitab və məqalələrdən fərqlənir: “Burada Azərbaycanın milli qəhrəmanlarından bəhs olunur. Kitabda 1993-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın milli qəhrəmanlarının ailələri ilə görüşlərindən söz açılır”.

Ə.Amaşov qeyd edib ki, Azərbaycanda milli qəhrəmanlara xalq sevgisi var: “Onlar daim diqqətdədirlər. Hər bir milli qəhrəmanın həyatı bizim üçün nümunə, ibrət məktəbidir”.

Kitabın müəllifi, yazıçı publisist Oqtay Əliyev bildirib ki, kitaba milli qəhrəmanların həyatından bəhs edən 211 oçerk daxil edilib. 

O, milli qəhrəmanların təbliğatı ilə bağlı işlərin davam etdirilməsinin vacib olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin (BDU) professoru Cahangir Məmmədli də kitabla bağlı fikirlərini bildirib. O, qeyd edib ki, bu cür işlərin görülməsini təqdir etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi