Gürcüstanda nəşr olunan Azərbaycan dilli qəzet “İlin ən tolerant qəzeti” mükafatına layiq görülüb

Gürcüstanda nəşr olunan Azərbaycan dilli qəzet “İlin ən tolerant qəzeti” mükafatına layiq görülüb Tbilisi, 16 noyabr, REPORT.AZ/ Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan qəzeti bu ölkənin yüksək mükafatlarından biri olan “İlin ən tolerant qəzeti” fəxri adına layiq görülüb.
Media
16 Noyabr , 2017 20:10
Gürcüstanda nəşr olunan Azərbaycan dilli qəzet “İlin ən tolerant qəzeti” mükafatına layiq görülüb
Report

Tbilisi, 16 noyabr, REPORT.AZ/ Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan" qəzeti bu ölkənin yüksək mükafatlarından biri olan “İlin ən tolerant qəzeti” fəxri adına layiq görülüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatının Milli Azlıqlar Şurası ölkədə dini, irqi dözümlülüyü, vətəndaş bərabərliyi və sülh çağırışlarını, Gürcüstanın vətəndaşlarının Avropaya inteqrasiyasını dəstəkləyən, bu istiqamətdə məqsədyönlü məqalələr, müsahibələr dərc edən qəzet, jurnal və informasiya portalları arasında monitorinq aparıb. 

Azərbaycan dilində nəşr olunan və geniş oxucu kütləsinə malik “Gürcüstan” qəzeti Şura tərəfindən "İlin ən tolerant qəzeti" adına layiq görülüb. Mükafat qəzetin baş redaktoru, əməkdar jurnalist İslam Əliyevə təqdim olunub.

Gürcüstanın ombudsmanı Uça Manuaşvili jurnalistlərə deyib ki, rəhbərlik etdiyi qurum Milli Azlıqlar Şurasının qərarını dəstəkləyib və bundan məmnundur: “Gürcüstan” qəzeti, həqiqətən də, bu ada layiq idi və bu cür qəzetlərin daha çox olmasını istəyirik. Mən qəzetin kollektivini təbrik edirəm və onlara uğurlar arzulayıram”.

“Gürcüstan” qəzetinin baş redaktoru, əməkdar jurnalist İslam Əliyev bildirdi ki, əslində, bu qərar onlar üçün gözlənilməz olub: “Biz daim öz işimizi görürük. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizin ilk illərində Gürcüstana səfəri zamanı bizə öz tövsiyələrini verib. Ulu öndər bu qəzetin Azərbaycan və Gürcü xalqları arasında dostluğun, qardaşlığın inkişafına xidmət etməsi, haqqı, ədaləti yazmağı tövsiyə edib. Biz də liderimizin tövsiyələrinə əməl edərək dözümlülük nümayiş etdirmişik, yazılarımızda qərəzsizlik, dəqiqlik və ədalətlilik prinsiplərini rəhbər tutmuşuq. Düşünürəm ki, bu qiymət həm də Azərbaycan xalqına verilən yüksək qiymətdir”.

Mərasimdə digər təşkilatlara da müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi