​“Gündəlik Teleqraf” qəzetinin və publika.az-ın 4 yaşı tamam olur

​“Gündəlik Teleqraf” qəzetinin və publika.az-ın 4 yaşı tamam olur Qəzet 2012-ci il martın 1-də təsis edilib
Media
1 Mart , 2016 13:54
​“Gündəlik Teleqraf” qəzetinin və publika.az-ın 4 yaşı tamam olur

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün “Gündəlik Teleqraf” qəzetinin yaranma günüdür.

“Report”un məlumatına görə, qəzetin 4 yaşı tamam olur.

2012-ci il martın 1-də təsis edilən, həftədə 5 dəfə işıq üzü görən qəzet ötən müddət ərzində ölkənin ən populyar qəzetlərindən birinə çevrilib. Peşəkar bir komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan “Gündəlik Teleqraf” ailəsi daha da böyüyüb. Bu gün həm də “Gündəlik Teleqraf” MMC-yə daxil olan Teleqraf.com saytının, Publika.az xəbər portalının ad günüdür. Həmin saytlar da ötən dörd il ərzində özünü yetərincə təsdiqləyib, geniş oxucu auditoriyası toplayaraq, ölkənin ən çox oxunan saytlarına çevrilib. Bu saytlar 4 ildir ki, ölkədə fəaliyyət göstərən və aktiv olan bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, ədəbiyyat, incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir.

“Report” İnformasiya Agentliyinin kollektivi “Gündəlik Teleqraf” MMC-də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayır!

Son xəbərlər

Orphus sistemi