GUAM-ın baş katibi "Report" agentliyində olub - FOTO

GUAM-ın baş katibi "Report" agentliyində olub - FOTO Altay Əfəndiyev: "GUAM-ın fəaliyyətinin müxtəlif aspektləri üzrə oxuculara obyektiv məlumat çatdırmaq zəruridir"
Media
12 Fevral , 2016 14:37
GUAM-ın baş katibi Report agentliyində olub - FOTO

Bakı. 12 fevral. REPORT.AZ/ GUAM-ın baş katibi Altay Əfəndiyev "Report" agentliyində olub.

Baş katib əvvəlcə agentliyin şöbələrinə baş çəkərək onun iş fəaliyyəti ilə tanış olub.

Ardından agentliyin baş redaktoru Murad Əliyev və xarici siyasət şöbəsinin əməkdaşları ilə görüş olub. M.Əliyev baş katibə yeni vəzifədə uğurlar arzulayıb və agentliyin fəaliyyət prinsipləri haqqında danışıb. O, həmçinin "Report"un müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini qeyd edərək, təşkilatın fəaliyyəti və layihələrinin işıqlandırılmasında GUAM katibliyi ilə əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.

Öz növbəsində, A.Əfəndiyev GUAM-ın fəaliyyətinin müxtəlif aspektləri üzrə oxuculara obyektiv məlumatların çatdırılmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, GUAM regionunda və onun ətrafında yaranmış vəziyyət, yeni regional və beynəlxalq təşəbbüslər və layihələr təşkilatın potensialından hərtərəfli istifadə etməyə şərait yaradır.

Görüşün sonunda A.Əfəndiyev "Report" agentliyinə uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi