​General Mədət Quliyev şəxsi “facebook” səhifəsini bağlayıb

​General Mədət Quliyev şəxsi “facebook” səhifəsini bağlayıb Bir gün ərzində nazir müavininin “inbox”na bir neçə min mesaj gəlib
Media
24 Oktyabr , 2015 16:48
​General Mədət Quliyev şəxsi “facebook” səhifəsini bağlayıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Milli təhlükəsizlik nazirinin müavini, Azərbaycanın milli qəhrəmanı, general-leytenant Mədət Quliyev şəxsi “facebook” səhifəsini bağlayıb. “Report”un xəbərinə görə, bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov özünün “facebook” səhifəsində məlumat yayıb.

Y.İsakov bildirib ki, nazir müavininin belə bir addım atmasının yeganə səbəbi vaxt məhdudiyyəti ilə bağlıdır: “Belə ki, təkcə dünən cənab nazir müavininin “inbox”na bir neçə min mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb. O, dostlarının, tanışlarının və adi vətəndaşların mesajlarına bir-bir cavab verməyin fiziki baxımdan mümkünsüzlüyünü, gələn sual və təbriklərin cavabsız qalmasının onlara qarşı diqqətsizlik kimi anlaşılacağını nəzərə alaraq “facebook” səhifəsini bağlamaq qərarına gəlib.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 20-də imzaladığı sərəncamla M.Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib. Bu təyinata qədər isə o, Penitensiar Xidmətin rəisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi