Yuxarı

“France 24” telekanalı "AzərTAc"la əməkdaşlıq edəcək

Hər iki media orqanının internet səhifələrində bannerlərin yerləşdirilməsi imkanları nəzərdən keçirilib

Bakı. 12 dekabr. REPORT.AZ/ Fransanın nüfuzlu televiziya kanalı “France 24” AzərTAc ilə əməkdaşlıq etmək istəyir. “Report” xəbər verir ki, bununla bağlı məsələlər “France 24” telekanalının Avropada yayım üzrə meneceri xanım Hillari Bunkerlə AzərTAc-ın baş direktoru Aslan Aslanovun görüşündə müzakirə olunub.

Baş direktor Azərbaycanla Fransa arasında genişlənən əməkdaşlıq, qarşılıqlı mədəni layihələr, ölkədə keçirilən beynəlxalq tədbirlər, AzərTAc-ın keçdiyi yol, agentliyin xarici əlaqələri, dünya mediasındakı rolu barədə ətraflı məlumat verib.

Görüşdə videoxəbər, informasiya və təcrübə mübadiləsi ilə bağlı ikitərəfli əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparılıb. Gələcəkdə həm AzərTAc-da, həm də “France 24” telekanalında qarşılıqlı treninqlərin keçirilməsi barədə təkliflər səslənib.

AzərTAc-ın “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı informasiyalarının “France 24” ilə yayımlanması, həmçinin hər iki media orqanının internet səhifələrində bannerlərin yerləşdirilməsi imkanları nəzərdən keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi