Əflatun Amaşov "Xalq Cəbhəsi" qəzetinin redaksiyasında olub

Əflatun Amaşov "Xalq Cəbhəsi" qəzetinin redaksiyasında olub Görüşdə cəbhə xətti ilə bağlı materiallardakı spesifik cəhətlər ətrafında müzakirələr aparılıb
Media
21 Yanvar , 2015 17:41
Əflatun Amaşov Xalq Cəbhəsi qəzetinin redaksiyasında olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Xalq Cəbhəsi" qəzetinin redaksiyasında adı çəkilən kütləvi informasiya vasitəsinin yaradıcı kollektivi ilə görüş keçirib. Bu barədə "Report"a Şuradan məlumat verilib.

Görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" 24 sentyabr 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin reallaşdırılması məqsədi daşıyıb.

MŞ sədri Əflatun Amaşov dövlət başçısının sərəncamında Mətbuat Şurasına hərbi sahədə Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işinin təşkilinin tövsiyə olunduğunu diqqətə çatdırıb.

O, rəhbərlik etdiyi qurumun sənəddən irəli gələrək bir sıra "dəyirmi masa"lar və toplantılar təşkil etdiyini qeyd edib. Ə.Amaşov, eyni zamanda, MŞ-nin İdarə Heyətinin üzvlərinin gələcəkdə də redaksiyalara baş çəkəcəklərini və bu görüşlərin mütəmadi xarakter daşıyacağını vurğulayıb.

Görüşdə cəbhə xətti ilə bağlı materiallardakı spesifik cəhətlər ətrafında müzakirələr aparılıb. Jurnalistlərin dövlət sirrinin mühafizəsi ilə bağlı məqamlara həssas yanaşmalarının zəruriliyi əsaslandırılıb. Bununla əlaqədar suallar cavablandırılıb, maraq doğuran məsələlərin təhlili verilib.

Son xəbərlər

Orphus sistemi