Yuxarı

Dünya Xәbәr Agentliklәri Konqresi Şurasının növbәti iclası gәlәn il Bakıda keçirilәcәk

Bu qәrar Böyük Britaniyanın Press Association agentliyinin baş ofisindә keçirilәn iclasda qəbul edilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Dünya Xәbәr Agentliklәri Konqresi Şurasının (NACO) növbәti iclası gәlәn ilin martında Bakıda keçirilәcәk.

"Report" AzerTAc-a istinadən xəbər verir ki, bu barәdә qәrar dekabrın 1-dә Şuranın Londonda, Böyük Britaniyanın Press Association agentliyinin baş ofisindә keçirilәn ikinci iclasında qəbul edilib.

İclasda 2016-cı ildә Bakıda Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzәrTAc) ev sahibliyi ilə keçirilәcәk Dünya Xәbәr Agentliklәri Konqresinә hazırlıq işləri müzakirə olunub. AzәrTAc-ın rәhbәrliyi tәrәfindən irәli sürülәn tәkliflәr qәbul olunaraq gündәliyә daxil edilib. Şura üzvlәri gәlәn il AzәrTAc-ın 95 illik yubileyinin qeyd olunduğu gün Bakıda toplaşmağı qәrara alıblar.

İclasda Rusiyanın TASS, Sәudiyyә Әrәbistanı Krallığının SPA, Avstriyanın APA, İspaniyanın EFE, ABŞ-ın Reuters vә Associated Press agentliklәri, hәmçinin Avropa Xәbәr Agentliklәri Alyansı (EANA), Әrәb Xәbәr Agentliklәri Federasiyası (FANA) vә Dünya Xәbәr Agentliklәri Konqresinin rәhbәrlәri vә baş katiblәri iştirak ediblәr.

Qeyd edək ki, dünyanın nüfuzlu xәbәr agentliklәrinin rәhbәrlәri Bakıya səfər çərçivəsində paytaxtımızın tarixi abidələri, muzeyləri və digər bir sıra görməli yerləri, həmçinin 2015-ci ildə Azәrbaycanda birinci Avropa Oyunlarının keçirilәcәyi idman obyektlәri ilә dә tanış olacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi