Yuxarı

Dünya İrs Mərkəzinin direktoru Bakı sessiyası ilə əlaqədar “Euronews” telekanalına müsahibə verib

Dünya İrs Mərkəzinin direktoru Bakı sessiyası ilə əlaqədar “Euronews” telekanalına müsahibə verib

UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında müxtəlif ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, irs üzrə tanınmış mütəxəssislər iştirak edir.

"Report" xəbər verir ki, Azərbaycanda səfərdə olan UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler Bakı sessiyası ilə bağlı “Euronews” telekanalına müsahibə verib.

Tədbir çərçivəsində təşkil edilən Abidə Menecerləri və Gənc Peşəkarlar forumlarının işini yüksək dəyərləndirən direktor maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb: “Burada olduğumuz bir neçə gün müddətində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda onu da qeyd etmək istərdim ki, Azərbaycan öz mədəni sərvətlərinə, irs nümunələrinə qarşı diqqət və qayğı ilə yanaşır”.

Sessiyanın proqramı barədə danışan Mextild Rossler bildirib ki, Bakıda UNESKO-nun Dünya İrsi siyahısındakı obyektlərin qorunub saxlanma vəziyyəti, siyahıya daxil edilmək üçün təqdim edilmiş 36 nominasiya, təhlükə altında olan obyektlərlə bağlı müzakirələr aparılacaq. “Biz qədim yaşayış məskənlərini qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Bununla bağlı beynəlxalq ictimaiyyəti xəbərdar edəcəyik. Dünya irsi siyahısındakı obyektlərin qorunub saxlanmasında çətinliyi olan ölkələrə dəstək verəcəyik”, - deyə Dünya İrs Mərkəzinin direktoru əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi