Yuxarı
    Bağlamaq

    Dövlət qulluqçuları və jurnalistlər arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib

    Bakı. 24 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə dövlət qulluqçuları və jurnalistlər arasında futbol üzrə yoldaşlıq görüşü keçirilib.

    “Report” xəbər verir ki, oyun 6:6 hesabı ilə başa çatıb.

    Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, jurnalistlərlə dövlət qulluqçuları arasında bu cür yarışlar mütəmadi təşkil edilir: “Azərbaycan dövləti daim idmana diqqət və qayğı göstərir".

    Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bildirib ki, ənənəvi olaraq belə futbol yarışları təşkil edilir: “Bilirsiniz ki, ölkə başçısı İlham Əliyev hər zaman idmana, gənclər siyasətinə xüsusi diqqət ayırır, önəm verir. Biz hər zaman ölkəmizin başçısının siyasətini dəstəkləyirik. Bu gündə o dəstəyi nümayiş etdirərək gənclərimizə sağlam həyat tərzinə dəvət edirik”.

    Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyib ki, Prezident İlham Əliyev hər zaman doğum günlərini sadə insanlar arasında keçirib: “Biz də sadə bir yolla Prezidentimizi təbrik etmək istədik. Onun Azərbaycanın inkişafı naminə gələcək işlərində uğurlar arzulayırıq. Bununla həm də bildirmək istəyirik ki, jurnalist olaraq hər zaman Prezidentimizin yanındayıq”.

    Oyunun nəticələri haqqında danışan E.Eyvazlı deyib ki, AFFA-nın hakiminin idarə etdiyi qarşılaşma yüksək səviyyədə keçib: “Olduqca maraqlı bir oyun izlədik. Düşünürəm ki, hər iki komanda izləyənlər üçün maraqlı oyun sərgiləyə bildi”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi