​Daxili İşlər Nazirliyi jurnalistlər üçün seminar təşkil edib

​Daxili İşlər Nazirliyi jurnalistlər üçün seminar təşkil edib Seminara sahə mütəxəssisləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıb
Media
23 May , 2016 17:38
​Daxili İşlər Nazirliyi jurnalistlər üçün seminar təşkil edib

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakıda insan alveri və qanunsuz miqrasiyanın mahiyyətinə dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün Daxili İşlər Nazirliyi tərəfindən seminar təşkil edilib.

“Report”un məlumatına görə, seminar Azərbaycan Prezidentinin 24 iyul 2014-cü il tarixli “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.9.5-ci yarımbəndinin icrası məqsədilə keçirilib.

Seminarda Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti və Mətbuat Şurası tərəfindən sahə mütəxəssisləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Seminarın mövzusu insan alveri, məcburi əmək, ictimai mənəviyyat əleyhinə olan cinayətlərin, qanunsuz miqrasiya, ailə münaqişəsi hallarının bir-birindən fəqləndirilməsi, o cümlədən onların müxtəlif təzahür formaları, belə məlumatların mətbuatda işıqlandırılması xüsusiyyətlərinə, bununla bağlı konfidensiallıq məsələlərinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi