Yuxarı

Azərbaycanda cinayət işləri üzrə ibtidai araşdırma aparan orqan yanlış məlumatlara görə KİV-dən təkzib tələb edə biləcək

Layihə Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda cinayət işləri üzrə ibtidai araşdırma aparan orqan yanlış məlumatlara görə kütləvi informasiya vasitələrindən (KİV) təkzib və düzəlişin edilməsini tələb edə biləcək. “Report” xəbər verir ki, Milli Məclis bununla bağlı “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər edib.

Yeni dəyişikliklərə əsasən, kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya porsessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş edilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.

Dəyişiklik cinayət işləri ilə bağlı məlumatların verilməsi sahəsində KİV-lərin məsuliyyətinin artırılması, həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatların təkzib olunmasını və onlara düzəliş edilməsini nəzərdə tutur.

Layihə Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi