Yuxarı
    Bağlamaq

    Bu il 65 jurnalist peşə vəzifəsinin icrası zamanı öldürülüb

    © РИА Новости / Наталья Селиверстова

    Bakı. 19 dekabr. REPORT.AZ/ Cari il dünyada 65 jurnalist peşə vəzifəsinin icrası zamanı öldürülüb.

    “Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” Təşkilatının illik hesabatında bildirilib.

    Hesabata əsasən, Suriya və Meksika jurnalistlər üçün ən təhlükəli ölkələrdir. Hər il orada uyğun olaraq 12 və 11 jurnalist öldürülür. 

    Jurnalistlərin 26-sı təhlükəli şəraitdə aviazərbələri və artilleriya atəşi nəticəsində ölüblər. 39 jurnalist isə siyasi maraqların və iqtisadi cinayətlərin qurbanı olublar.

    Cari il dekabrın 1-nə olan məlumata görə, informasiya ötürdüyü üçün dünya üzrə 326 jurnalist saxlanılıb, 54 KİV nümayəndəsi girovluqdadır, medianın iki təmsilçisi isə itkin düşüb.

    Hesabatda bildirilib ki, 2016-c ildə peşə vəzifəsinin icrası zamanı 74 jurnalist ya qələ yetirilib, ya da öldürülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi