BQXK Bərdədə media nümayəndələri üçün seminar təşkil edib - FOTO

BQXK Bərdədə media nümayəndələri üçün seminar təşkil edib - FOTO Bərdə. 14. Noyabr. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Bərdə şəhərində media nümayəndələri üçün bir günlük seminar təşkil edib.
Media
14 Noyabr , 2018 00:53
BQXK Bərdədə media nümayəndələri üçün seminar təşkil edib - FOTO

Bərdə. 14. Noyabr. REPORT.AZ/ Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Bərdə şəhərində media nümayəndələri üçün bir günlük seminar təşkil edib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, cəbhəyanı rayonlarda fəaliyyət göstərən media nümayəndələrinin iştirak etdiyi seminarda BQXK-nin Bərdə nümayəndəliyinin rəhbəri Gerardo Moloeznik tədbirin məqsədi haqqında məlumat verib.

Sonra BQXK-nin Bərdə nümayəndəliyi rəhbərinin köməkçisi Xudaverdi Rzayev qurumun cəbhəyanı ərazilərdə fəaliyyəti barədə təqdimat edib. Bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində cəbhə xəttinə yaxın ərazilərdə əhali daim təhlükə altında yaşayır. BQXK Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Füzuli, Tovuz, Qazax, Gədəbəy rayonlarının cəbhəyanı icmalarında əhalinin təhlükəsizliyi, içməli və suvarma suyu ilə təminatı, iqtisadi dayanıqlığın təmin edilməsi, sağlamlıq və psixoloji vəziyyət, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) könüllü mobil qruplarının təlim və treyninqləri kimi fəaliyyətlər həyata keçirir.

Onun sözlərinə görə, BQXK təmas xəttinə yaxın yerləşən evlərin qapı və pəncərələrinin yerlərinin dəyişdirilməsi və mühafizə divarlarının tikilməsində köməklik olunur, əhaliyə ilk yardım vərdiştləri aşılanır. İqtisadi dayanıqlığı təmin etmək üçün imkansız ailələrə nağd pul qrantı və işə görə nəğd pul verilir, birdəfəlik maliyyə dəstəyi göstərilir və icma layihələri həyata keçirilir. BQXK öz fəaliyyətində AQAC ilə sıx əməkdaşlıq edir.

Seminarda BQXK-nin İctimaiyyətlə əlaqələr departamentinin direktoru İlahə Hüseynova qurumun mandatı, həyata keçirdiyi fəaliyyətlər, o cümlədən itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması və saxlanılmış şəxslərlə bağlı fəaliyyətlərlə bağlı təqdimatlar edib. Bildirilib ki, neytral, müstəqil və qərəzsiz bir təşkilat olan BQXK-nin humanitar missiyası müharibə və digər zorakılıq hallarının qurbanlarının həyat və ləyaqətini qorumaq və onlara yardım göstərməkdir.

Seminarda müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. KİV nümayəndələri həmçinin BQXK-nin fəaliyyəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mülki şəxslərin həyatına təsirindən bəhs edən videoçarxlar izləyiblər.

Bundan əvvəl Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi