Yuxarı
    Bağlamaq

    Belçikanın xəbər portalında Azərbaycanla bağlı məqalə dərc olunub

    Məqalədə Azərbaycanın Formula-1 yarışlarına ev sahibliyi etmək planlarını yenidən nəzərdən keçirmək niyyətində olmadığı qeyd olunub

    Bakı. 23 yanvar. REPORT.AZ/ Belçikanın tanınmış "EurActiv" xəbər portalında Azərbaycanla bağlı "Neftin qiyməti aşağı olaraq qaldıqca Azərbaycan sərmayəçilər və turistlər üçün yeni imkanlar açır" adlı məqalə dərc olunub.

    "Report"un xəbərinə görə, məqalədə qeyd edilib ki, Azərbaycan iqtisadiyyatı çox neft və qaz sektoruna söykənir və neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatını diversifikasiya etmək, iqtisadiyyatının qapılarını sərmayəçilərin üzünə geniş açmaq və daha çox turist cəlb etmək istiqamətində addımlar atmağa başlayıb.

    Xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin son günlər etdiyi çıxışlardan sitatlar gətirərək, hazırkı şəraitdə ölkənin əsas məqsədinin növbəti illər ərzində qeyri-neft sektorunun sürətlə inkişaf etdirmək olduğunu yazıb. Eyni zamanda, məqalədə biznes mühitinin daha da yaxşılaşdırılmasının, iş adamları üçün istər paytaxtda, istərsə də regionlarda daha yaxşı şəraitin yaradılmasının, ölkənin iqtisadi və maliyyə sisteminin daha da şəffaflaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının zəruriliyi vurğulanıb. 

    Həmçinin, məqalənin müəllifi Azərbaycanın cari ilin iyun ayında "Formula-1" yarışlarına ev sahibliyi etmək planlarını yenidən nəzərdən keçirmək niyyətində olmadığını və ölkənin İslam Həmrəyliyi Oyunlarına da ev sahibliyi etməyə hazırlaşdığını qeyd edib.    

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi