Yuxarı

BƏƏ-nin tanınmış qəzetində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş məqalə dərc olunub

Səfir Daşqın Şikarov respublikamızın keçdiyi uğurlu yoldan bəhs edib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) tanınmış “Əl-Fəcr” qəzetində səfir Daşqın Şikarovun “Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə bərpa etdiyi müstəqilliyin 25 illiyini qeyd edir” başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən məlumata görə, məqaləsində səfir sovet nəhənginin süqutundan illər öncə Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini bərpa etməyə səy göstərdiyini və bu ali amal uğrunda mübarizə apardığını oxucuların diqqətinə çatdırıb.

Sovet İttifaqının parçalanmasının Azərbaycan üçün böyük fəsadlarından bəhs edən D.Şikarov Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanda "Qurtuluş Günü" kim qeyd olunduğu bildirib. Səfir həmçinin indiki prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu kursu uğurla davam etdirdiyini önə çəkərək, həmin ildən bəri ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verib.

Daha sonra səfir dövlətimizin humanitar, mədəniyyət, idman və incəsənət sahələrində də böyük uğurlara nail olduğunu yazıb, respublikamızın dünyada tolerant və digərinə yardım əlini uzatmaq kimi humanitar ənənələrə malik çoxmədəniyyətli ölkə imicini qazandığını bildirib, ölkəmizdə keçirilən mötəbər idman yarışlarından da məlumat verib.

Məqalənin yekununda dövlətimizin son 25 il müddətində qarşısında duran bütün çətinlik və məşəqqətləri qət etdiyi, öz müstəqilliyini qoruyub saxlamağa və yetişən nəsilləri ümidli gələcəklə təmin etməyə müyəssər olduğu və bütün dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələri qurmağa və möhkəmləndirməyə müvəffəq olduğu əks edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi