Bədii Şuranın növbəti iclasında yeniliklər müzakirə edilib - FOTO - VİDEO

Bədii Şuranın növbəti iclasında yeniliklər müzakirə edilib - FOTO - VİDEO “Azərbaycan Televiziyası tam rebrendinq olunub, kanalın bütün qrafik göstəriciləri yenilənib. “Azərbaycantelefilim” Yaradıcılıq Birliyi və “Sabah” studiyasının fəaliyyəti bərpa olunub. 17 yeni studiya tikilib, 3 studiya üzərində iş gedir”.
Media
1 Oktyabr , 2019 00:09
Bədii Şuranın növbəti iclasında yeniliklər müzakirə edilib - FOTO - VİDEO

“Azərbaycan Televiziyası tam rebrendinq olunub, kanalın bütün qrafik göstəriciləri yenilənib. “Azərbaycantelefilim” Yaradıcılıq Birliyi və “Sabah” studiyasının fəaliyyəti bərpa olunub. 17 yeni studiya tikilib, 3 studiya üzərində iş gedir”.

"Report" xəbər verir ki, bu fikirləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov qurumun nəzdində yaradılan Bədii Şuranın növbəti iclasında səsləndirib.

R.Məmmədov 8 ay ərzində icra edilən işlərdən söz açıb. Qeyd olunub ki, yeni mövsumdə “Məlahətli qonaqlar”, “Analar akademiyası”, “Çıxışa doğru”, “İstelakçı seçimi”, “Biznes klub”, “Bir AzTV” və digər veriliş təqdim olunub.

Bundan başqa, Azərbaycan Televiziyasında son aylarda canlı efir saatının müddəti artırılıb.

Bədii Şura üzvləri hər üç kanalda nümayiş olunan müxtəlif mövzulu proqramların keyfiyyəti ilə bağlı fikir mübadiləsi aparıblar, təkliflərini və iradlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi