BDU-nun rektoru: "Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib"

BDU-nun rektoru: "Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib" Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. Təbii ki, arzusuna çatdı.
Media
25 İyun , 2019 12:35
BDU-nun rektoru: Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib

"Şirməmməd Hüseynov çox arzulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini görsün. Təbii ki, arzusuna çatdı".

"Report"un məlumatına görə, bunu Bakı Dövlət Universitetin (BDU) rektoru Elçin Babayev mərhum Şirməmməd Hüseynovla keçirilən vida mərasimində deyib.

O vurğulayıb ki, Şirməmməd Hüseynov yüzlərlə jurnalistin ustadı olub: "O, Azərbaycan və azərbaycançılıq ideologiyasının carçılarından idi. Azərbaycan dövləti Şirməmməd müəllimin zəhmətini hər zaman qiymətləndirib. Şirməmməd müəllim özündən sonra heç zaman unudulmayan bir tarixi iz qoydu. Allah rəhmət eləsin".

Son xəbərlər

Orphus sistemi